
ABŞ İrana qarşı müharibə aparmaq üçün bu silahlara ehtiyac duyulduğu üçün Tayvana potensial 14 milyard dollarlıq silah satışını dayandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Hanq Kao Senatın Təxsisatlar Komitəsinin dinləmələrində bildirib.
“Mən bu barədə Tayvan rəsmiləri ilə danışmamışam və onlara bəzi silah satışını təmin etmişik. Lakin hələlik, müqaviləni dayandırmışıq. Bizdə kifayət qədər silah var, amma sadəcə ehtiyac duyduğumuz hər şeyin olduğundan əmin olmaq istəyirik”, - deyə Kao Tayvana mümkün 14 milyard dollarlıq Amerika silah satışını təsdiqləməkdə fasilə ilə bağlı suala cavab olaraq bildirib. O deyib ki, xaricə silah satışları administrasiya zəruri hesab etdiyi zaman davam edəcək.
ABŞ prezidenti ötən həftə Çinə dövlət səfərindən sonra Çin prezidenti Si Cinpinlə Tayvana 14 milyard dollar dəyərində Amerika silahlarının satışının mümkünlüyünü müzakirə etdiyini, lakin hələlik razılaşma ilə bağlı yekun qərar vermədiyini bildirib. O, həmçinin əlavə edib ki, Tayvan Çindən müstəqillik elan etmək qərarına gələrsə, ABŞ-ın Çinlə müharibəyə girməsini istəmir.
Şeyda











































