Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə MDB PA-nın nümayəndələri ilə görüş keçirilib

Milli Məclisdə MDB PA-nın nümayəndələri ilə görüş keçirilib


Mayın 21-də Milli Məclisin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasında (MDB PA) nümayəndə heyətinin üzvləri Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan MDB PA-nın nümayəndələri ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin deputatları ölkəmizdə keçirilən WUF13 forumunun əhəmiyyətindən, eləcə də Azərbaycanda urbanizasiya sahəsində həyata keçirilən islahatlardan və görülən işlərdən danışıblar.
Söhbət zamanı Azərbaycanın MDB PA-da fəaliyyəti, parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı və bu istiqamətdə aparılan işlər diqqət mərkəzində olub. Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura iclasında və 60-cı plenar sessiyada iştirak etmək məqsədilə Rusiya Federasiyasına etdiyi səfərin əhəmiyyəti vurğulanıb.
Görüşdə qeyd olunub ki, bu cür platformalar üzv ölkələr arasında dialoqun gücləndirilməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və regional əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir.

Görüşdə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Aqrar məsələlər komitəsinin üzvü Aleksey Lavrinenko və MDB PA Şurası Katibliyinin ekspert və analitik idarəsinin model qanunvericiliyin təmin edilməsi şöbəsinin müşaviri Nataliya Amburtseva çıxış ediblər. Çıxışlarda WUF13 forumunun beynəlxalq əməkdaşlığın təşviqi, şəhərsalma və urbanizasiya sahəsində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı xüsusi qeyd olunub. Həmçinin MDB PA ilə Milli Məclis arasında mövcud olan səmərəli və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinə toxunulub.

Daha sonra çıxış edən Özbəkistan Respublikasının Qanunvericilik Palatasının Sahibkarlıq, rəqabətin inkişafı və sənaye məsələləri üzrə komitəsinin üzvü Boriy Alixanov Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 tədbirinin əhəmiyyətindən bəhs edərək, bu mötəbər forumun qlobal urbanizasiya çağırışlarının müzakirəsi və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi rol oynadığını qeyd edib. O, həmçinin Özbəkistan Prezidentinin tədbirdə iştirak məqsədilə Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz göstəricisi olduğunu vurğulayıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafının vacibliyi də diqqətə çatdırılıb.

Süleyman
Xəbəri paylaş