
Hollandiya hakimiyyəti ölkənin Avropada böyük silahlı münaqişəyə birbaşa cəlb olunmasının real ehtimalını əsas gətirərək, onilliklər ərzində ən böyük hərbi yenidən silahlanmaya başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin 2026-cı il üçün layihə icmalında bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq vəziyyət son illərdə daha gözlənilməz hala gəlib və qaydalara əsaslanan dünya nizamı ciddi təzyiq altındadır. Buna görə də, Niderland hakimiyyəti hesab edir ki, NATO yalnız çəkindirməyə deyil, həm də Avropada real silahlı münaqişədə iştirak etməyə hazır olmalıdır.
Bu fonda Müdafiə Nazirliyi silahların, sursatların, hava hücumundan müdafiə sistemlərinin, zirehli texnikaların və pilotsuz platformaların tədarükünü kəskin şəkildə sürətləndirib. 2026-cı il icmalına artıq 111 müdafiə layihəsi daxildir ki, bunlardan 27-si planlaşdırma mərhələsindədir.
Yeni proqramlara Şimal dənizi bölgəsindəki vəziyyəti izləmək üçün radarların alınması, dron əleyhinə qüvvələrin genişləndirilməsi, F-35 qırıcıları üçün əlavə silahların təchizatı, pilotsuz yerüstü sistemlərin inkişafı və sursat ehtiyatlarının artırılması daxildir.
Arzu












































