
"Gürcüstanla Azərbaycan arasında dəmiryol sərnişin daşımalarının təxminin 6 ildən sonra bərpa edilməsi müsbət hadisədir. Nəhayət ki, Azərbaycan tətbiq etdiyi ozünü izolyasiyadan çıxarılması yolunda gərəkən addımını atdı".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Bakı-Tiflis sərnişin qatarının yenidən istifadəyə verilməsi hava nəqliyyatının yükünün azaldılması, daha ucuz və təhlükəsiz hərəkət etmələri, xarici aləmlə aləqələrin genişlənməsi üçün imkanları artırır:
"Buna təkcə iqtisadi mənfəət prizmasından yanaşılmamalıdr. Ona görə də Bakı-Tiflis qatarına tətbiq ediləcək tariflərə də rahatlıq, təhlükəsizlik, hətta sosial yönümlülük diqqətə alınmalıdr. Adətən hökümət dövlət büdcəsindən nəqliyyata xərclədiyi pulları da insanların təkarar cibindən çıxarır. Bakı-Tiflis dəmiryolu sərnişin daşımalarının həmin xəttlərə çəkilən məsrəfləri qiymətə yükləməklə deyil, bundan istifadə edəcək sərnişinlərin "alıcılıq" qabiliyyətinə uyğun müəyyənləşdirmək və diferansallaşdırmaq doğru olardı. Kim daha konfortlu xidmət istəyirsə, buna uyğun olaraq da pul ödəməlidir. Ancaq tariflərin indi müzakirəyə buraxıldığı kimi İsveçrə frankına uyğun hesablanacağını doğu hesab etmirəm. Zatən Azərbaycanda sərnişin daşımalar çox bahadır və keyfiyyət isə buna adekvat deyil".
Əli Orucov qeyd edib ki, ölkədaxili dəmiyolu vasitəsi ilə həyata keçirilən sərnişin daşımaları vətəndaşların real gəlirlərinə, qazanclarına və həyat səviyyəsinə tərs mütənasiblik təşkil edir:
"Xüsusən də bayram və tətil günləri zamanı bu qiymətlər "əl yandırır". Bakı-Tiflis sərnişin qatarının bilet qiymətlərini dövlət müəyyənləşdirməli və tənzimləməlidir. Qiymətlər də maksimum həddi keçməməlidir. Məsələn Bakı – Qazax marşrutu üzrə sərnişin qatarına biletlər 19 manatdan 125 manatadak dəyişir. Bu olduqca bahadır. Fikrimcə, Bakıdan Tiflisədək biletin yüksək xidmət də daxil 1 sərnişin üçün qiyməti 20-25 manatdan başlasa daha uyğun olardı".
Süleyman











































