Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Əkbərin sərsəm bəyanatı

Əli Əkbərin sərsəm bəyanatı


"İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti sərsəm açıqlama ilə çıxış edib. Bildirib ki, Azərbaycan və Ermənistan arasında inşa edilən Zəngəzur dəhlizinin xəritəsini Tehran müəyyən edəcək.

Cənab Vilayəti bu absurd çıxışı ilə bəlkə də ABŞ-ın bostanına daş atır, çünki ötən ilin avqust ayında Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış müvafiq sazişə əsasən, Zəngəzur coğrafiyasında “Tramp Marşrutu” (TRIPP) adlandırılıb və dəhlizin tikintisi üzrə işlərə başlanılıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur qovşağının fiziki sxemi artıq formalaşmaqdadır:

"Dini liderin müşavirinin ikibaşlı ritorikasında əgər Azərbaycana ünvanlanan messaj varsa, bu, cəfəng fikrin məsuliyyətini də nəzərə almalıdır.

Əvvəla, Zəngəzur Dəhlizi Hörmüz boğazı deyil, bu nəqliyyat yolunun arxasında çox ciddi strateji qərarlar dayanır. ABŞ, Avropa Birliyi, Çin, Mərkəzi Asiya, Türkiyə və digər dövlətlərin öz maraqları var.

İkincisi, Zəngəzurun həmmüəlliflərindən biri Azərbaycandır, həmin tarixi coğrafiyanın sahibidir və Azərbaycan İran kimi yol kəsmir, yol açır. Öz məqsədinə necə çatmağı da çox yaxşı bilir.

Üçüncüsü, İranın keçmiş dini liderinin bəzi müşavirləri də vaxtilə bu cür sərsəm bəyanatlar verirdi, indi onların harada olduğu hər kəsə bəllidir".

Vaqif Abdullayev hesab edir ki, ona görə də, Tehranın vəzifəli şəxsləri danışanda yüz ölçüb-bir biçməlidir:

"Müasir geosiyasi fraqmentasiyaları diqqətlə izləyərək səs tellərinə və intonasiyalarına fikir verməlidirlər.

Xalqımızın bir el misalı var: Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir".

Süleyman
Xəbəri paylaş