Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF13: Bakı Qlobal Şəhərsalma Dialoqunun Mərkəzində

WUF13: Bakı Qlobal Şəhərsalma Dialoqunun Mərkəzində


"2026-cı il mayın 18-də Bakı daha bir möhtəşəm qlobal tədbirə — BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməyə başladı. “Dünyanı evlə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş və rekord sayda — 180-dən çox ölkədən 40 minə yaxın iştirakçını bir araya gətirən forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və proqram xarakterli çıxış etdi"

Newscenter az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. O bildirib ki, dövlət başçısının çıxışı Azərbaycanın tarixi irsinə sadiqliyini, paytaxt Bakının müasir ekoloji transformasiyasını və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən misilsiz yenidənqurma modelini dünya ictimaiyyətinə təqdim edən mühüm bir manifest oldu:

"Şəhərsalma və Memarlıq İli: Tarixlə Müasirliyin Vəhdəti
Prezident İlham Əliyev çıxışının əvvəlində Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladaraq, ölkəmizin qədim və zəngin şəhərsalma mədəniyyətinə malik olduğunu vurğuladı. Memarlığın xalqımızın milli kimliyinin və qədim tarixinin canlı izi olduğunu qeyd edən dövlət başçısı bildirdi:
"Biz musiqimizdə, şeirlərimizdə olduğu kimi, memarlığımızda da əks olunan qədim tariximizlə fəxr edirik. Bizim borcumuz onu gələcək nəsil üçün qoruyub saxlamaqdır və növbəti nəsil də eyni şeyi edəcək."
Bu xüsusda, dünyanın ən qədim şəhərlərindən olan Gəncənin tarixi simasını qoruyaraq müasirləşməsini, eləcə də Lahıc kəndində hələ 15 əsr əvvəl qurulmuş və bu gün də işlək olan kanalizasiya və su sistemini əcdadlarımızın mühəndislik istedadının unikal nümunəsi kimi diqqətə çatdırdı".

Arzu
Xəbəri paylaş