Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY-nin bilet qiymətləri ilə bağlı açıqlaması peşəkar yanaşmadan uzaqdır

ADY-nin bilet qiymətləri ilə bağlı açıqlaması peşəkar yanaşmadan uzaqdır



Bakı–Tbilisi–Bakı sərnişin qatar reysinin bərpası həqiqətən də olduqca müsbət addımdır. Lakin gediş haqları, biletlərin qiymətləri isə çox yüksəkdir.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Azərbaycan Dəmir Yollarının (ADY) bilet qiymətləri ilə bağlı açıqlaması da peşəkar yanaşma deyil:

"Bəziləri öz şəxsi maraqlarından çıxış edib biletlərin qiymətlərini doğru sayır. Ancaq Gürcüstanda yaşayan yarım milyona yaxın soydaşımızı da düşünməliyik. Odur ki, zənnimcə, qiymətlərə yenidən baxılmalıdır".

Süleyman
Xəbəri paylaş