Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimlə əlaqəli qurumların ləğvetmə prosesi baslayib

Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimlə əlaqəli qurumların ləğvetmə prosesi baslayib



"Bayram günləri ərəfəsində İrəvan inzibati məhkəməsi mühüm qərar qəbul edib. Bu gün Qarabağ separatçıları İrəvandakı nümayəndəliyinin ofisindən məhrum ediliblər".

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bir neçə il idi ki, bu barədə efirlərdə Azərbaycan tərəfindən təkliflər verilirdi:

"Mən də bu fikirləri səsləndirmişdim. Arqumentim belə idi. Əgər Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edirsə, o zaman baş nazirin ofisindən 2 km aralıda seperatçı rejimin ofisi niyə fəaliyyət göstərməlidir?

İndi isə bu müqəddəs bayramlarımız ərəfəsində Ermənistan məhkəməsi tərəfindən çoxdan gözlənilən qərar verildi. Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimlə əlaqəli qurumların ləğvetmə prosesi baslayib".

Ədalət Verdiyev qeyd edib ki, məhkəmənin qərarı ilə Qarabağ separatçıları əvvəllər İrəvanda nümayəndəlik kimi fəaliyyət göstərən ofisin mülkiyyət hüququndan məhrum ediliblər:

"Seperatçı rejimə aid atributların qadagan edilməsi və s. kimi daha yaxşı xəbərlər gözləyirəm. İrəvanda bu səpkidən olan qərarların qəbul edilməsi, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və etibarlı sülhün daha qısa müddətdə əldə olunmasına töhfə verə bilər".

Süleyman
Xəbəri paylaş