Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın kənd təsərrüfatında mövcud vəziyyət və inkişaf perspektivləri

Azərbaycanın kənd təsərrüfatında mövcud vəziyyət və inkişaf perspektivləri



"Azərbaycan Respublikasinin Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinin müzakirəsinə həsr edilmiş müşavirə keçirilmişdir. Ölkə başçısı müşavirədə çıxışı zamanı bildirmişdir ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb. Qəbul edilən ilk beşillik proqram regionlarda mövcud problemlərin aradan qaldırılmasına ciddi təkan verib və sonrakı dövrlərdə bu istiqamətdə yeni proqramların icrası təmin olunub. Həmin layihələr nəticəsində bölgələrdə geniş quruculuq işləri aparılıb, məşğulluq səviyyəsi yüksəlib, mühüm infrastruktur obyektləri istifadəyə verilib. Prezident vurğulayıb ki, bu gün Azərbaycanın ümumi inkişaf mənzərəsini həmin layihələrsiz təsəvvür etmək mümkün deyil. Xüsusilə kənd təsərrüfatının inkişafına xidmət edən qaz, elektrik, su təminatı və yol infrastrukturu sahəsində həyata keçirilən tədbirlər kəndlərin dirçəldilməsinə, əhalinin rifah halının yaxşılaşmasına və regionların davamlı inkişafına böyük töhfə verib".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. Onun sözlərinə görə, səsləndirilən rəqəmlər göstərir ki, kənd təsərrüfatı sahəsində görülən işlərə və yaradılan aqroparklara baxmayaraq, bəzi istiqamətlərdə hələ də ciddi nəticələr əldə olunmayıb:

"Xüsusilə buğda istehsalında özünütəminetmə səviyyəsinin uzun illər eyni qalması ölkənin ərzaq təhlükəsizliyi baxımından vacib məsələ kimi diqqət çəkir. Bu səbəbdən həm yerli sahibkarların, həm də xarici investorların kənd təsərrüfatına marağının artırılması və yeni investisiyaların cəlb olunması mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən təqdim ediləcək dəstək mexanizmləri və yeni proqramlar gələcəkdə bu sahənin daha sürətli inkişafına şərait yarada bilər. Nəticə etibarilə, kənd təsərrüfatında məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması qarşıdakı dövrün əsas hədəflərindən biri olmalıdır".

Şeyda
Xəbəri paylaş