Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.

Newscenter.az xəbər verir ki, layihə "NEQSOL Holding"in, “Bakcell”in və “Norm” ASC-nin sponsorluğu, eləcə də “Azərsun Holdinq”in dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

“YAŞAT” Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş