Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gender məsələlərindən danışarkən ehtiyyatlı olmalıyıq

Gender məsələlərindən danışarkən ehtiyyatlı olmalıyıq


"Gender bərabərliyindən danışarkən bir qədər ehtiyatlı olmalıyıq. Çünki Azərbaycanda ailəyə, qadına ən yüksək səviyyədə dəyər verilir. Ölkədə gender bərabərliyi ən yüksək səviyyədə qorunur. Bunu təmin edən ölkədə həyata keçirilən uğurlu qadın siyasətidir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili deyib ki, ancaq bəzi dairələr, xüsusilə SOROS fondu və onun siyasətinə uyğun fəaliyyət göstərən bəzi xarici dairələr Azərbaycana gender bərabərliyi adı altında milli-mənəvi dəyərlərə zidd davranışlar gətirmək istəyirlər:

"Bu kimi fəaliyyətlər gender bərabərliyinə deyil, ailə institutunun məhvinə hesablanıb. Qətiyyən bu cür fəaliyyətlərin Azərbaycana ixracına imkan verməməliyik".

Süleyman
Xəbəri paylaş