Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sahədə yeni mərhələ

Aqrar sahədə yeni mərhələ



"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən və aqrar sektorun prioritetlərinə həsr olunan müşavirədə irəli sürülən strateji vəzifələr, ardınca isə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ölkənin iqtisadi siyasətində yeni bir eranın başlanğıcı hesab olunur".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu fundamental sənəd milli aqrar kompleksin müasir çağırışlara uyğun yenidən qurulmasını, xammal istehsalından yüksək dəyər yaradan emal sənayesinə keçidi və yerli məhsulların qlobal bazarlarda rəqabət gücünün artırılmasını rəsmi hədəf olaraq qarşıya qoyur:

"Qeyd olunan strateji hədəflərin və qarşıda duran vəzifələrin praktiki müstəvidə geniş müzakirəsi məqsədilə, mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş tərkibli müşavirə keçirilmişdir. Müşavirədə qəbul edilən proqramın icra mexanizmləri, həmçinin resurslardan səmərəli istifadə və sahəvi idarəetmənin optimallaşdırılması istiqamətində konkret tapşırıqlar müəyyən edilmişdir".

Arzu
Xəbəri paylaş