
ABŞ prezidenti Donald Tramp əmindir ki, İranın Ali Lideri Müctəba Xamenei Tehranın Vaşinqtonla danışıqlarında iştirak edir.
Newscenter.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
Amerika liderinin sözlərinə görə, Xamenei silahlı münaqişəyə son qoymaq qərarlarında mütləq şəkildə iştirak edir.
Qeyd edək ki, Amerika və İran arasında 1 aya yaxın davam edən hərbi qarşıdurmadan sonra əldə edilən müvəqqəti atəşkəs dövründə Vaşinqton və Tehran rəsmiləri İslamabadın vasitəçiliyi ilə bir neçə görüş keçiriblər. Lakin tərəflər hələ də bir sıra məsələlərdə razılığa gələ bilmirlər.
Arzu












































