Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad Vətən Partiyasının sədri Prezident Administrasiyasında qəbul edilib

Azad Vətən Partiyasının sədri Prezident Administrasiyasında qəbul edilib


İyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azad Vətən Partiyasının sədri Akif Nağını qəbul edib.

Newscenter.az xəbər verir ki, görüş zamanı region və Azərbaycanda cərəyan edən siyasi proseslər, habelə partiyaların ölkəmizdə artan ictimai nüfuzu barəsində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan çoxşahəli islahatların cəmiyyət tərəfindən aktiv şəkildə dəstəkləndiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi bildirib ki, sözügedən proseslərdə siyasi partiyaların fəal iştirakı təqdirəlayiq hadisədir. Eyni zamanda qlobal tədbirlərin keçirilməsinin əhəmiyyəti, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlərin miqyası, ölkə ziyalılarının Azərbaycan reallıqlarının təbliğində rolu və digər məsələlər ətrafında müzakirələr aparılıb. İnformasiya məkanında vaxtaşırı şəkildə təkrarlanan qərəzli təxribatlar ilə mübarizənin aparılması məsələsi də xüsusi olaraq müzakirə olunub.

Partiya sədri vurğulayıb ki, ölkədə siyasi partiyalara yaradılan şərait bilavasitə demokratik və sağlam siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir. Belə ki, siyasi partiyaların ictimai müzakirələrdə açıq şəkildə iştirakı ölkənin demokratik ənənələrinin inkişafına və partiyaların ictimai nüfuzunun artırılmasına xidmət edir.

Akif Nağı Azad Vətən Partiyası tərəfindən həyata keçirilən layihələr haqqında geniş məlumat verərək xüsusi olaraq vurğulayıb ki, bundan sonra da rəhbərlik etdiyi Partiya sağlam siyasi dialoq ənənələrə sadiq qalacaqdır.

Süleyman
Xəbəri paylaş