Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Netanyahu Yaxın Şərq münaqişəsində ABŞ-ın tələblərini qəbul etməyə bilməz

Netanyahu Yaxın Şərq münaqişəsində ABŞ-ın tələblərini qəbul etməyə bilməz


İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki mövcud münaqişənin həlli ilə bağlı ABŞ-ın tələblərindən yayınmaq üçün bütün imkanlarını tükəndirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Al-Monitor" qəzeti İsrail hökumət mənbələrinə istinadən xəbər verib.

Portal qeyd edir ki, ABŞ-ın təzyiqinə tab gətirə bilməməyin bariz nümunələrindən biri İranla danışıqların pozulması təhlükəsi fonunda Beyruta hücumlardan imtina etmək qərarı olub:

"Əvvəllər Netanyahunun ABŞ ilə münasibətlərində manevr etmək üçün yeri var idi, lakin indi ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh yolu ilə həll istəyi nəzərə alınmaqla, İsrail rəhbərliyi Vaşinqtona tabe olmağa məcburdur".

Qəzet yazır ki, Netanyahu öz taleyini və İsrailin taleyini Trampın əhval-ruhiyyəsinə bağlayırdı:

"İndiyə qədər o, bu sxemdən xeyli faydalanıb, lakin Tramp İranla müharibədən bezib onun nəticələrini anlamağa başlayan kimi Netanyahu özünü Trampın təzyiqi altında gördü".

Portal qeyd edir ki, Netanyahu prezidentlər Bill Klinton, Barak Obama və Co Bayden dövründə həmişə ABŞ təzyiqinə tab gətirə bilib. Lakin İsrail baş nazirinin Donald Trampın dəstəyinə həddindən artıq güvənməsi sonda ona qarşı qeyri-bərabər asılılığa səbəb oldu və bu asılılığın öhdəsindən gəlmək bu mərhələdə mümkünsüz görünür.

Arzu
Xəbəri paylaş