Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır

ABŞ Cənubi Qafqazda Rusiyanı sıxışdırır



"Ermənistanın Baş naziri N. Paşinyan Rusiyanın mümkün sui-qəsdlərindən qorunmaq üçün ABŞ səfirliyində qalır. Ermənistan Baş nazirinin mühafizəsi və mümkün təxribatları önləmək üçün CİA Ermənistanda fəaliyyətini genişləndirib".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistanda seçkilər təkcə bu ölkənin daxili işi deyil, ümumi olaraq Cənubi Qafqazın geosiyasi nizamına həlledici təsir edəcək bir siyasi hadisədir:

"Belə olmasaydı Rusiyanın açıq şəkildə Ermənistana təzyiqləri və ABŞ-ın bu ölkənin baş nazirinə tam dəstəyi baş tutmazdı".

O qeyd edib ki, ABŞ Azərbaycan, Ermənistanla əlaqələri inkişaf etdirir:

"Hər iki ölkə ilə strateji tərəfdaşlıq Xartiyası imzalayıb. Artıq Gürcüstanla da münasibətləri normallaşması istiqamətində işlər aparır. Çünki, B. İvanaşvili kölgəsində olan "Gürcü Arzusu" hökuməti Moskvaya yaxındı və izlədiyi siyasət regionunun siyasi gələcək vizionu ilə paradoksdu.

ABŞ Cənubi Qafqaz siyasətində Rusiyanı sıxışdırmaq siyasəti aparır. Xüsusilə, bunu Ermənistanda edir. Vaşinqton Cənubi Qafazda öz geosiyasi mövqelərini gücləndirməklə regionda yeni bir siyasi -iqtisadi mərhələyə başlayır".

Süleyman
Xəbəri paylaş