Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə Nazirliyində Qars Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Ədliyyə Nazirliyində Qars Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib


Ədliyyə Nazirliyində Türkiyə Respublikasının Qars Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az nazirliyə istinadən bildirir ki, görüşdə Qars Vəkillər Kollegiyasının sədri Necat Yağcı, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, eləcə də hər iki tərəfin digər nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan Rövşən İsmayılov Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. O, iki ölkənin ədliyyə qurumları və təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib, həmçinin vəkillərin tədrisi ilə bağlı peşə hazırlığı və ixtisasartırma prosesində Ədliyyə Akademiyasının fəaliyyəti barədə məlumat verib.

Necat Yağcı göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Qars Vəkillər Kollegiyasının fəaliyyəti barədə ətraflı məlumat təqdim edib.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.

Süleyman
Xəbəri paylaş