
Qırğızıstan Respublikası Avropa Birliyinə uçuşları qadağan edilmiş hava daşıyıcıları siyahısından çıxarılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki. Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun açıqlamasına görə, Qırğızıstanda sertifikatlaşdırılmış bütün hava daşıyıcıları AB-yə uçuşları qadağan edilmiş hava daşıyıcıları siyahısından çıxarılıb.
Qərar 19-21 may 2026-cı il tarixlərində AB Hava Təhlükəsizliyi Komitəsinin (ASC) iclasından sonra qəbul edilib və Avropa Komissiyasının müvafiq Əsasnaməsi ilə rəsmiləşdiriləcək.
Qeyd edək ki, Qırğızıstan 2006-cı ildən bəri bu siyahıdadır.
Son illərdə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun tapşırığı ilə mülki aviasiyada islahatlar aparmaq, uçuş təhlükəsizliyinə dövlət nəzarətini gücləndirmək və milli sistemin ICAO beynəlxalq standartlarına uyğunlaşdırılması üçün sistemli işlər görülüb.
Avropa Komissiyası texniki məsləhətləşmələrin nəticələri, 2026-cı ilin mart ayında qiymətləndirmə missiyası və Brüsseldə keçirilən uğurlu dinləmələr də daxil olmaqla, əldə edilən irəliləyişi yüksək qiymətləndirir.
Avropa Komissiyası əldə edilən nəticələri dəstəkləmək üçün Qırğızıstan tərəfi ilə texniki qarşılıqlı əlaqəni davam etdirəcək.
Süleyman












































