Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Fransa Balxaş gölünün qorunması üçün birgə tədbirlər hazırlayır

Qazaxıstan və Fransa Balxaş gölünün qorunması üçün birgə tədbirlər hazırlayır


Qazaxıstan və Fransa Balxaş gölünün qorunması üçün birgə baş plan hazırlayırlar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, Balxaş gölü ekosisteminin qorunması üçün baş planın hazırlanması üzrə işçi qrupunun açıq iclasında fransız mütəxəssisləri tədqiqatın aralıq nəticələrini təqdim edilbər. İştirakçılar kənd təsərrüfatı, hidrologiya, buzlaqlardan axın payının qiymətləndirilməsi, hidrogeologiya, suyun istifadəsi və su ehtiyatlarının bölüşdürülməsi modellərinin hazırlanması sahələrində aparılan işlərin nəticələri ilə tanış olublar.

Görüşdə iqlim dəyişikliyi kontekstində Balxaş gölü hövzəsinin su ehtiyatlarının davamlı idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, su ehtiyatlarının bölüşdürülməsinin müxtəlif ssenarilərini təhlil etmək və hövzə planlarının hazırlanması üçün müasir rəqəmsal vasitələrdən istifadə imkanları nəzərdən keçirilib.

Müzakirələrdən sonra mütəxəssislər müxtəlif sahələrdə aparılan tədqiqatların nəticələrini Balxaş gölünün su hövzəsinin vəziyyətini qiymətləndirmək üçün vahid sistemdə birləşdirdilər və əlavə tədqiqat tələb edən prioritet sahələri müəyyən ediblər. Planın hazırlanmasının 2026-cı ilin sonuna qədər başa çatdırılması və yekun nəticələrinin təqdim edilməsi planlaşdırılır.

Sənədin hazırlanması Balxaş gölünün ekosisteminin qorunması və hövzənin su ehtiyatlarının davamlı idarə olunması ilə bağlı uzunmüddətli qərarların qəbul edilməsi üçün elmi əsas olacaq.

Süleyman
Xəbəri paylaş