Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurasının daha iki əməkdaşı Çində sertifikat alıb

Mediasiya Şurasının daha iki əməkdaşı Çində sertifikat alıb


Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri - Samir Zeynalov və mediator Azər Qurbanov təlim proqramını uğurla başa vuraraq iştirakçı sertifikatı ilə təltif olunub.

Newscenter.az Mediasiya Şurasına istinadən bildirir ki, Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndəmiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə edib, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür beynəlxalq təlim və seminarlar mediatorların peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və mediasiya sahəsində qabaqcıl yanaşmaların tətbiqinə mühüm töhfə verir. Mediasiya Şurası gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və mediatorların peşəkar potensialının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Süleyman
Xəbəri paylaş