Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Bolqarıstan, Azərbaycan və Gürcüstan arasında "Yaşıl Enerjinin Ötürülməsi və Ticarəti" layihəsinə əhəmiyyət verir

Türkiyə Bolqarıstan, Azərbaycan və Gürcüstan arasında "Yaşıl Enerjinin Ötürülməsi və Ticarəti" layihəsinə əhəmiyyət verir



Türkiyə Bolqarıstan, Azərbaycan və Gürcüstan arasında "Yaşıl Enerjinin Ötürülməsi və Ticarəti" layihəsinə əhəmiyyət verir. Bu layihə üzrə texniki-iqtisadi əsaslandırma işlərinə çox tezliklə başlamağa ümid edirik.

Newscenter.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Nazir qeyd edib ki, bu strateji əhəmiyyətli layihədə irəliləyiş əldə etmək üçün tədqiqatları mümkün qədər tez başa çatdırmaq istəyirlər.

Türkiyədə elektrik enerjisi sahəsində mühüm bağlantı layihələrinin olduğunu qeyd edən Fidan, elektrik enerjisi sahəsində Türkiyə ilə Bolqarıstan arasında ötürmə qabiliyyətini 700-1100 meqavat artıracaq iki ölkə arasında planlaşdırılan yeni bağlantı xətti layihələrini yekunlaşdırmaq istədiklərini dilə gtirib:

"Nəqliyyat sahəsində isə Bolqarıstanla ikinci dəmir yolu keçidini açmaq və Karadeniz Yolu Layihəsini həyata keçirməyi hədəfləyirik. Regional bağlantını gücləndirmək təşəbbüslərində Bolqarıstanla işləməyə hazırıq".

Süleyman
Xəbəri paylaş