
Özbəkistan Xarici İşlər Nazirliyi ABŞ-ın müvafiq qurumlarından Nyu-York hava limanında Dünya Çempionatına gedən özbək futbolçular üzərində aparılan intensiv axtarışla bağlı rəsmi izahat vermələrini istəyib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyev məlumat verib.
"Futbolçularımızla bağlı hadisə ilə əlaqədar ölkəmizin Nyu-Yorkdakı Baş Konsulluğu vasitəsilə müvafiq ABŞ qurumları ilə əlaqə qurulub və rəsmi izahat tələb olunub", - deyə o, bildirib.
Fayziyev qeyd edib ki, Özbəkistan tərəfi hər hansı təhlükəsizlik tədbirlərinin dövlətlərin daxili qaydalarına uyğun olaraq tətbiq olunduğunu başa düşür.
"Biz inanırıq ki, bu cür proseslər idman tədbirlərinin ruhunu, xüsusən də qarşılıqlı hörməti və dostluq münasibətlərini sarsıtmamalıdır", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.
Süleyman











































