
“Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi getdikcə cəlbedici və etibarlı bir marşrut kimi ortaya çıxır. Türkiyə bu dəhlizə strateji əhəmiyyət verir. İnkişaf Yolu Layihəsi və digər bağlantı təşəbbüsləri də Avropa ilə Asiya arasında ticarət axınlarını daha sürətli, daha təhlükəsiz və daha səmərəli etməyi hədəfləyir”.
Newscenter.az xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Nazir bildirib ki, bağlantı baxımından əsas ölkə olan Türkiyə qlobal logistikanın mərkəzindədir və Bolqarıstan bu dəhlizlərin son təyinat yeri olan Avropa bazarına açılan qapıdır:
"Son illərin inkişafının enerji, nəqliyyat və rabitə sahələrində fasiləsiz bağlantının strateji əhəmiyyətini açıq şəkildə ortaya qoyduğunu və yeni nəqliyyat dəhlizlərinin inkişafının qlobal təchizat zəncirlərinin təhlükəsizliyi və davamlılığı baxımından seçim deyil, zərurət halına gəldiyini aydın şəkildə görürük".
Süleyman












































