Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Avropa Birliyi ilə bağlı üçüncü subsidiya paketini təsdiqlədi

Ermənistan Avropa Birliyi ilə bağlı üçüncü subsidiya paketini təsdiqlədi


Ermənistan hökuməti müxtəlif bazarlara, xüsusən də Avropa Birliyinə məhsul ixrac edən Ermənistan şirkətləri üçün üçüncü subsidiya paketini təsdiqləyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat verib.

Subsidiyalar ərik, gavalı, şaftalı, nektarin, albalı, mineral su, şərab və brendi ixracı üçün logistika xərclərini kompensasiya etmək məqsədilə ayrılacaq. İqtisadiyyat nazirinin müavini Arman Xocoyan qeyd edib ki, subsidiyalar 1 iyundan sonra məhsul ixrac edən sahibkarlara şamil olunur. O bildirib ki, bu dövrdə 257 ton albalı və təxminən 65 tona ərik ixrac edilib.

Qeyd edək ki, 7 iyun parlament seçkiləri öncəsi kampaniya zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya idxalı qadağan edilmiş ixracatçılara dəstək vəd edib və qeyd edib ki, hökumət bu məhsulların pulunu ödəyəcək, onlara ixrac üçün yeni bazarlar tapmağa kömək edəcək. 4 iyunda hökumət sahibkarlar üçün logistika xərclərini və gömrük rüsumlarını kompensasiya etmək üçün iki subsidiya paketini təsdiqləyib. Birinci paket çərçivəsində istixana təzə tərəvəz və meyvələrinin, eləcə də çiçəklərin ixracı üçün logistika xərclərini kompensasiya etmək üçün subsidiyalar ayrılır. İkinci paket çərçivəsində hökumət sahibkarlara Aİ, Böyük Britaniya və Kanada bazarlarına tərəvəz, meyvə və gül ixracı zamanı gömrük rüsumlarını kompensasiya etməyi öhdəsinə götürür.

Aygün
Xəbəri paylaş