
Dünya çempionatının tarixində ilkə imza atılıb. Belə ki. çempionatın açılış matçında hakim ilk dəfə olaraq üç qırmızı vərəqə göstərib.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, Meksika və Cənubi Afrika arasında keçirilən oyun Mexiko şəhərindəki Estadio Azteca stadionunda baş tutub və ev sahibi komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki. 1990-cı ildə Argentina və Kamerun arasında keçirilən Dünya çempionatının açılış matçında iki qırmızı vərəqə göstərilmişdi. Həmin vaxt Afrika komandasının hər iki oyunçusu meydandan qovulmuşdu. Dünya Kuboku matçında rekord sayda qırmızı vərəqə 2006-cı ildə Portuqaliya və Hollandiya arasında keçirilən 1/8 final matçında rusiyalı hakim Valentin İvanov tərəfindən göstərilmişdi. Hər komandadan iki oyunçu meydandan qovulmuşdu.
Şeyda











































