Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konqo milli komandasına Dünya çempionatında iştirak etmək üçün ABŞ-a getməyə icazə verildi

Konqo milli komandasına Dünya çempionatında iştirak etmək üçün ABŞ-a getməyə icazə verildi


ABŞ hakimiyyəti Konqo Demokratik Respublikası futbolçularının Dünya çempionatında iştirak etmək üçün ölkəyə daxil olmasına icazə verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə AFP xəbər verir.

Məlumata görə, Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən Konqo millisinin hazırlıqları dayandırılıb və oyunçular məşqçi heyəti ilə birlikdə ABŞ-a uçmazdan əvvəl 21 günlük karantindən keçməli olublar. Karantin rejimindən sonra Konqo komandasına ABŞ-a getməyə icazə verilib. Komandanı okeanın o tayına aparan təyyarənin artıq Hyustona eniş etidyi bildirilir.

Qeyd edək ki, Konqo milli komandası Dünya çempionatında K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya ilə yarışacaq. Konqo komandası iyunun 17-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində Portuqaliya ilə, iyunun 24-də Meksikanın Zapopan şəhərində Kolumbiya ilə, iyunun 28-də isə ABŞ-ın Atlanta şəhərində Özbəkistanla qarşılaşacaq.

Aygün
Xəbəri paylaş