Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə İran və ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırır

Türkiyə İran və ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırır



İran və ABŞ regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqlar masasına qayıtmalı və danışıqları yekunlaşdırmalıdırlar.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Bolqarıstan xarici işlər naziri Velislava Petrova-Çamova ilə danışıqlardan sonra mətbuat konfransı keçirən Fidan, Türkiyənin Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsində maraqlı olduğunu vurğulayıb.

"Tərəflərə qarşılıqlı hücumları dayandırmağı, danışıqlar masasına qayıtmağı və yekunlaşdırmaq üzrə olduqları razılaşmanı tövsiyə edirik. Səylərimiz bu istiqamətə yönəlib. Hamımız müharibənin şiddətlənməsinin, gərginliyin artmasının və tammiqyaslı hərbi vəziyyətə qayıtmağın heç kimə faydası olmadığını görmüşük. Nə qədər çətin olsa da, danışıqlar başa çatdırılmalıdır", - deyə türkiyəli nazir bildirib.

Süleyman
Xəbəri paylaş