Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ NATO-dan çıxmayacaq

ABŞ NATO-dan çıxmayacaq



ABŞ NATO-dakı üzvlüyündən imtina etmək niyyətində deyil, lakin öz təhlükəsizliyinin təmin edilməsində Avropa müttəfiqlərindən daha fəal rol gözləyir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib.

O, RTL televiziyasına verdiyi müsahibədə son aylarda bir neçə avropalı siyasətçi və ekspert tərəfindən Vaşinqtonun Şimali Atlantika Alyansına sadiqliyi ilə bağlı ifadə edilən narahatlıqlara toxunaraq bildirib ki. biz supergücük, lakin təyyarədaşıyan gəmilər və qoşunlar kimi resurslarımız məhduddur:

"Buna görə də Avropanın daha çox işi təkbaşına görməsini istəyirik".

Uitakerin sözlərinə görə, ABŞ təşkilatı kollektiv təhlükəsizliyin vacib elementi kimi görür və NATO-ya sadiq qalır.

Eyni zamanda, diplomat vurğulayıb ki, ABŞ Avropa dövlətlərindən blok daxilində maliyyə və hərbi yükü daha ədalətli şəkildə bölüşmələrini gözləyir. O qeyd edib ki, bir çox Avropa ölkəsi artıq müdafiə büdcələrini artırmağa başlayıb, lakin bu proses davam etməlidir.

Aygün
Xəbəri paylaş