Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Burhanəddin Duran: Türkiyə yeni imkanlar əldə edəcək

Burhanəddin Duran: Türkiyə yeni imkanlar əldə edəcək


"Prezidentimizin rəhbərliyi altında Türkiyə regional əlaqələri gücləndirməyə, qarşılıqlı fayda, əməkdaşlığa və ortaq inkişafa əsaslanan yeni imkanlar qapılarını açmağa davam edəcək".

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran sosial media hesabında qeyd edib. O, sosial media hesabında Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat, logistika və regional əlaqə sahələrində inkişaf edən əməkdaşlıqla bağlı paylaşım edib.

Duran paylaşımında əsrlər boyu qitələri birləşdirən ticarət yollarının mərkəzində olan bu qədim torpaqların bu gün də regional əlaqə və iqtisadi əməkdaşlıqda güclü aktor olduğunu bildirib.

O, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında nəqliyyat, logistika və regional əlaqə sahələrində inkişaf edən əməkdaşlığın Prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü vizyoner diplomatiya yanaşmasının konkret əksi olduğunu qeyd edib.

Süleyman
Xəbəri paylaş