Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasında təmsil olunub

Azərbaycan MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasında təmsil olunub


Azərbaycan Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 82-ci iclasında iştirak edib.

Newscenter.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində baş tutan tədbirdə komitənin sədri Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 81-ci iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətləri arasında gömrük nəzarəti proseslərində istifadə olunan informasiya texnologiyaları və proqram vasitələri, perspektiv rəqəmsal həllər, eləcə də inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələrin müzakirəsi aparılıb.

Tədbir çərçivəsində MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətlərinin malların təsnifatı məsələləri üzrə İşçi Qrupunun yenilənmiş tərkibi təsdiq edilib, o cümlədən gömrük işinin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb və bir sıra istiqamətlər müəyyən edilib.

Süleyman
Xəbəri paylaş