
İsrailin Baş naziri Binyamin Netanyahu Mossadın əməliyyat şöbəsinin direktor müavini və rəhbəri təyin edilməsi qərarını təsdiqləyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat verib. Təşkilatın əməliyyat şöbəsinin direktor müavini və rəhbəri təyin edilməsi ilə bağlı təqdimat baş nazirə Mossad kəşfiyyat xidmətinin yeni direktoru Roman Hoffman tərəfindən verilib. Sözügedən vəzifəyə kimin təyin edilməsi isə təhlükəsizlik baxımından gizli saxlanılır. Ancaq onun təşkilatı dərindən bilən, biliyə, təcrübəyə və anlayışa malik biri olduğu qeyd edilir.
Yeni direktor müavini vəzifəsinin icrasına dərhal başlayacaq.
Qeyd edək ki, Hoffman iyunun 2-dən Mossad kəşfiyyat xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb.
Arzu











































