
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Praktik kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib.
Newscenter.az xəbər verir ki, ikigünlük təlimlərdə ümumi təhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Təlimdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova “Praktik kommunikasiya bacarıqları” mövzusunda təqdimatla çıxış edib.
Həmçinin təlim zamanı kommunikasiya anlayışı, sözsüz ünsiyyət, səs tonu və bədən dili, kommunikasiyanın funksiyaları, effektiv ünsiyyətə mane olan amillər, kommunikasiya istiqamətləri, mesaj və vasitə uyğunluğu, müasir kommunikasiya problemləri, eləcə də təşkilati kommunikasiya ilə bağlı məsələlər müzakirə olunub.
İştirakçılar effektiv ünsiyyətin idarəetmə prosesindəki əhəmiyyəti barədə məlumatlandırılıblar.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ruhiyyə Mehdiyeva












































