
Əgər KTMT ölkələri Ermənistanı təşkilatdan xaric etmək qərarına gəlsələr, İrəvan bunu nəzərə alacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan indiki halda isə KTMT barədə şərh verməyə tələsmədiyini söyləyib:
"KTMT haqqında şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric etmə mexanizmi var və o, qüvvədədir. Üzv ölkələr Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq. Başqa edə biləcəyimiz bir şey yoxdur".
Qeyd edək ki, iyunun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT üzv dövlətlərinin iki ildir üzvlük haqqını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsinin müvafiq maddəsinin Ermənistana tətbiq edilməsini nəzərdən keçirmək barədə razılığa gəldiyini açıqlayıb.
Şeyda











































