
"Azərbaycan öz ərazi bütövlüyünü tam mənada bərpa etdiyi kimi digər ölkələrin, İraqın, Suriyanın da ərazi bütövlüyünü tanıyır, ona hörmətlə yanaşır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Millət vəkili deyib ki, çünki Azərbaycan da uzun illər torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması kimi mənfi tendensiya ilə üzləşib:
"Ona görə də Bakı bu məsələlərə xüsusi həssaslıqla yanaşır".
Millət vəkili deyib ki, Azərbaycan İraq, Suriya və digər bu kimi ölkələrin inkişafı, onun yenidən qurulması prosesinə dəstəyini əsirgəmir:
"Ölkəmizin dəyişməz və prinsipial mövqeyi bundan sonra da dəyişməz olaraq qalır".
Süleyman












































