
ABŞ və İran rəsmiləri Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün 30 iyunda Dohada qarşılıqlı olaraq hücumları dayandırmaq və məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Newscenter.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün çərşənbə axşamı Qətərin paytaxtında görüşmək barədə də anlaşma əldə ediblər. Həmin görüşə qədər tərəflər bir-birinə zərbə endirməyəcək.
Vaşinqton və Tehran arasında əldə edilmiş bu razılaşma region dövlətləri tərəfindən də təqdir edilib.
Arzu












































