Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurası və Avropa Komissiyasının texniki layihə komitəsinin 5-ci birgə iclası keçirilib

Mediasiya Şurası və Avropa Komissiyasının texniki layihə komitəsinin 5-ci birgə iclası keçirilib


Mediasiya Şurası və və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində “Azərbaycanda mediasiyanın təşviqi” layihəsinin icrası ilə əlaqədar ölkəmizdə səfərdə olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri və proqram meneceri ilə görüş keçirilib, eyni zamanda texniki layihə komitəsinin 5-ci iclası baş tutub.

Newscenter.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov həmçinin CEPEJ-in ekspertləri Rimantas Simaitis və Karim Salem, proqram meneceri Leonid Antohi-dən ibarət nümayəndə heyəti, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Məhkəmə - Hüquq Şurasının, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nümayəndələri və Avropa İttifaqının milli ekspertləri iştirak edib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Mediasiya haqqında" Qanunun icrası sahəsində çox mühüm işlər görülüb və ölkəmizdə aparılan hüquq islahatları çərçivəsində hüquq, iqtisadi, sosial ekosistem iştirakçıları və mediasiya institutu arasında səmərəli əməkdaşlıq qurulub və mediasiya sahəsində keyfiyyətli barışıq sazişlərinin imzalanması nəticələri artıb.

Görüş zamanı Leonid Antohi son illər həyata keçirilən birgə layihələrin ölkədə hüquqi islahatların təşviqi, mediasiya institutunun inkişafı və alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. O qeyd edib ki, ekspertlər Azərbaycanda aparılan mediasiya islahatlarını yüksək qiymətləndirir və qısa zamanda əldə edilən nailiyyətləri alqışlayırlar.

Görüş çərçivəsində Azərbaycanda mediasiya fəaliyyətinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən islahatlar, gələcək inkişaf perspektivləri ətrafında geniş və konstruktiv fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş