
"KazMunayGas" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əsxət Xasenov Astanada "Chevron Corporation" şirkətinin Upstream prezidenti Clay Neff ilə görüşüb.
Newscenter.az şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər "Tengizchevroil" MMC-nin sabit əməliyyat fəaliyyətinin və istehsal təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirərək, "Tengiz" yatağının gələcək inkişafı planları da daxil olmaqla, əməkdaşlığın əsas sahələrində mövcud əməkdaşlığın vəziyyətini müzakirə ediblər.
"KMQ və "Chevron" şirkətləri həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.
Bundan əlavə, görüşdə Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu və əlavə ixrac marşrutu kimi Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarına tədarükü məsələləri müzakirə edilib.
Süleyman












































