
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Newscenter.az "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək.
Görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.
Süleyman











































