
"Bu gün Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ADY müasir və dayanıqlı dəmir yolu sisteminin qurulmasını uğurla davam etdirir. İnfrastruktur yenilənir, elektrikləşdirmə genişlənir, rəqəmsal həllər tətbiq olunur, Abşeron dairəvi dəmir yolu marşrutu inkişaf etdirilir, yeni xətlər istifadəyə verilir və ənənəvi marşrutlar bərpa olunur".
Newscenter.az xəbər verir ki, bunları "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycan dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi ilə bağlı fikirlərini bölüşərkən deyib. Səhmdar Cəmiyyət sədri qeyd edib ki, sonrakı onilliklər ərzində elektrikləşdirmə Azərbaycan dəmir yollarının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevrildi:
"Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr sayəsində bu sahədə mühüm nailiyyətlər əldə olundu. 100 il əvvəl atılmış bu mühüm addım bu gün də bizi irəli aparan inkişaf yolunun möhkəm təməlidir:
Rövşən Rüstəmov qeyd edib ki, keçmişdən aldığımız güclə dəmir yollarının gələcəyini daha müasir, təhlükəsiz və dayanıqlı şəkildə qurmağa davam edəcəyik.
Xatırladaq ki, 1926-cı il iyulun 6-da Sabunçu–Suraxanı xəttində ilk elektrikli sərnişin qatarının hərəkətə başlaması ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında yeni dövrün əsasını qoydu. Məhz həmin gün sürət, etibarlılıq və təhlükəsizlik baxımından yeni standartların təməli qoyuldu.
Süleyman












































