
Benilüks Azərbaycanlıları Konqresi (Benelux Azerbaijanis Congress)nin sədri Elsevər Məmmədovun dəstəyi və xüsusi diqqəti ilə Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış Şəhid Fərman Mustafayevin yeganə övladı Anar Mustafayev ziyarət olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov məlumat verib. Bildirlib ki, şəhid övladını Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən mənzilində ziyarət zamanı qazilər də iştirak edib.

Məcid Məmmədov deyib ki, ziyarət zamanı Anarın qayğıları ilə yaxından maraqlandıq, onunla səmimi söhbət apardıq:
"Şəhid ailələrinin hər zaman xalqımızın mənəvi dayağı olduğunu bir daha vurğuladıq. Elsevər Məmmədovun dəstəyi ilə Anar Mustafayevə maddi yardım göstərildi, müxtəlif sovqatlar təqdim olundu və ona mənəvi dəstəyimizi ifadə etdik".
"Şəhidlərimizin bizə əmanət qoyduğu övladlara sahib çıxmaq, onların yanında olmaq və qayğılarını bölüşmək hər birimizin mənəvi borcudur. Bu müqəddəs amal uğrunda göstərilən dəstəyə görə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova dərin təşəkkürümüzü bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq",-deyə Məcid Məmmədov vurğulayıb.
Süleyman











































