
"İTV- nin baş direktoru Balakişi Qasımov deyir ki, ənənəvi televiziya "Titanik" gəmisi kimi batır. İndi iki yol var: Ya "Titanik"dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq". Məncə, gəmini ən çox batıran elə onu idarə edən kapitanlardır".
Newscenter.az xəbər verir ki, bunları İctimai Televiziyanın keçmiş departament rəhbəri Rauf Rəcəbov deyib. Onun sözlərinə görə, İTV-nin qurulmasında zəhməti olan, peşəkarlığı ilə bu televiziyanı nümunəyə çevirən əməkdaşlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıldı:

"Onların yerini isə çox vaxt peşəkarlıq deyil, başqa meyarlarla seçilən insanlar tutdu. Nəticədə İTV-nin illərlə formalaşmış peşəkar idarəetmə sistemi dağıdıldı, televiziya öz missiyasından uzaqlaşaraq mənasız prodakşın layihələrinin üstünlük təşkil etdiyi bir quruma çevrildi".
Rauf Rəcəbovun sözlərinə görə, əgər bu gün ənənəvi televiziyanın böhranından danışılırsa, bunun səbəblərini təkcə texnologiyanın inkişafında yox, həm də illərlə verilmiş yanlış idarəetmə qərarlarında axtarmaq lazımdır:
"Güclü media qurumlarını rəqiblər yox, yanlış qərarlar və peşəkarlığın qiymətləndirilməməsi zəiflədir".
Süleyman











































