
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəhbər şəxsləri ilə görüşüb. Newscenter.az xəbər verir ki, görüşdə regional idarənin fəaliyyət hesabatı dinlənilib.
Eləcə də qaz təchizatında yaranan problemlər və onların aradan qaldırılması yolları, abonentlərə göstərilən xidmətlərin keyfiyyəti, qarşıda duran vəzifələr müzakirə edilib.
Sonda baş direktor fəaliyyətin daha da təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması və operativ xidmətin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Süleyman












































