Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bura Xan çinarın yeridir

Bura Xan çinarın yeridir


Hər birimizi narahat edən vacib bir məsələ ilə bağlı öz fikirlərimi bölüşmək istərdim. Bu məsələ həm də dünya azərbaycanlılarının da etirazına səbəb olmaqdadır.
Azərbaycan Qarbağdakı, eləcə də Xankəndidəki erməni separatçılarını və onların tör-töküntülərini tarixin arxivinə göndərib, Xanın yurdu öz doğma sakinlərinə qucaq açıb, şəhərdə milli ruhda yeni həyat quruculuğu davam edir.
Xankəndi saxta erməni-daşnak simvolları, ənənələri ilə vidalaşmaqdayıq..
Ancaq təəssüf doğuran əsas məsələlərdən bir hələ də öz həllini tapmayıb, Xankəndiyə səfər edən həmyerlilərimiz sanki turizm marşrutunun bir hissəsi kimi şəhərin girəcəyində yerləşən ermənilərin qondarma “Papik və Tatik” ( Nənə və Baba) adlı tikiliyə (abidə yox) baş çəkir, şəkil çəkdirir, sanki bir tarixi abidə kimi yad edirlər.
Axı bu, memarlıq abidəsi deyil, tarixi irs deyil, sadəcə bir daşnak inşaat layihəsidir.
Bu tikili sovet hökuməti tərəfindən kompleks kimi Qarabağda yaşayan ermənilərin uzunömürlülüyünün simvolu kimi əbədiləşdirib, ancaq əsil niyyət başqa olub. Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsinin bir ideoloji təzahürü kimi hazırlanmış plandır.
Heykəlin müəllifi Sarkis Baqdasaryan 1964-cü ildə SSRİ nümayəndə heyətinin tərkibində İtaliyada sərgidə iştirak edərkən erməni “Daşnaksütyun Partiyası” və “ASALA” nümayəndələri ona Qarabağda “milli azadlıq hərəkatı” başlatmağı təklif edir və ssenari verirlər.
Baqdasaryan 1967-ci ildə layihəni SSRİ hökumətinə təqdim edərəkən “Papik və Tatik” adlı eskizdə heykəlin üzünün Ermənistana, arxasının isə Azərbaycana bağlı formasını təsvir etdirir. Bunun mənası isə “bizi özünüzə birləşdirin” simvolizə edirdi. “Abidə”nin tikintisində Ermənistandan xüsusi olaraq gətirilən tuf adlanan daşdan istifadə edilməsi də uydurma soyqırımının təcəssümlərindən biridir. Onu da qeyd edim ki, İrəvandakı saxta Soyqırım abidəsinin tikintisində də həmin daşdan istifadə edilib.
Çox təəssüf ki, Azərbaycan Mərkəzi Komitəsinin o dövrdəki rəhbərliyi bu planı anlamayaraq qarşısını ala bilməyib, üstəlik “abidə” Azərbaycanın büdcəsindən ayrılmış vəsait hesabına inşa olunur.
Burada bir haşiyə çıxmaq istərdim, 80-ci illərin sonlarından başlayaraq Qarabağın işğal dövrünə kimi Basarkeçərdən Qarabağa gedərkən idarə və təşkilatların erməni dilində yazımasının şahidi olardıq. (Biz o yolla Basarkeçərə yendiən gedəcəyik!) Sanki, Basakeçərdəki mənzərəni müşahidə edirdik.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu cür halların qarşısı alınmışdı, təəssüf ki, sonradan Vəzirovun, Mütəllibovun hakimiyyəti dövründə bu cür anarxiya pik həddə çatdı.
Ermənilər bu saxta abidənin maketini başqa ölkələrdə, Rusiyanın müxtəlif şəhərlərində də yaratmaqla “simvollarını” yaşatmağa çalışır, Xankəndinin guya tarixi erməni irsi kimi təşviqini davam etdirilər. Mən hətta Fələstində belə ermənilərin “Papik və Tatik”in oxşar heykəlinin qurulacağına da şübhə etmirəm.
Bütün bunlar onu göstərir ki, Xankəndidəki bu qondarma kompleksdən siyasi məqsəd kimi hələ çox istifadə ediləcək. Necə ki, qondarma Dağlıq Qarabağ Respublikasının gerbində də bu heykəl əks olunmuşdu.
Mənim fikrimcə, “Papik və Tatik” heykəlin tikinti işləri zamanı vaxtilə törədilmiş “yaşıl soyqırım”la bağlı ciddi tədbir görülməli, bu tiklili Xankəndidən yığıdırılmalıdır.
Bunu ətraf mühitin qorunmasına dair bütün hüquqi aktlar da tələb edir. Ətraf mühitin Mühafizəsinə dair Beynəlxalq Konvensiyaların, BMT təlimatlarının, eləcə də Azərbaycan qanunvericliyinin tələblərinə görə, ağacların və meşələrin qırılması ağır cinayət hesab edilir.
Ona görə də, Leyla Əliyevanın rəhbəri olduğu İDEA İctimai Birliyi tərəfindən burada Xan Çinarı əkilməli, EkoPark yaradılmalıdır.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş