
Avropa neft qiymətləri baxımından çox çətin yay və payızla üzləşir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola bildirib.
Yunanıstanın paytaxtı Afinada "The Economist" jurnalı tərəfindən təşkil edilən "Qarışıqlıq dövründə irəliləyiş" tədbirində paneldə iştirak edən Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birlikdə Avropa Birliyinin (AB) gündəliyini qiymətləndirib.
Metsola, Avropanın son zamanlar təhlükəsizlikdən daha çox danışdığını və müdafiəyə daha çox pul xərclədiyini qeyd edib.
Yaxın Şərqdəki hadisələrin Avropada neft və təbii qaz qiymətlərinə təsirinə toxunan Metsola, "Biz çox çətin yay və payıza, hətta gözlənilməz 2027-ci ilə doğru irəliləyirik" deyib.
Metsola qeyd edib ki, qiymət artımları ictimaiyyət üçün gözlənilməz hala gələrsə, Avropa bu günkündən daha böyük çətinliklərlə üzləşəcək.
Arzu












































