Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici siyasətimizdə növbəti stratetji tərəfdaşlıq mərhələsi

Xarici siyasətimizdə növbəti stratetji tərəfdaşlıq mərhələsi



Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin davamlı şəkildə möhkəmlənməsi Avropanın aparıcı dövlətləri ilə əlaqələrin inkişafında da özünü aydın göstərir. Bu baxımdan, iyulun 20–21-də Prezident İlham Əliyevin Almaniyaya həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın növbəti mühüm mərhələsi kimi dəyərləndirilə bilər. Səfərin Almaniya Kansleri Olaf Şoltsun dəvəti əsasında reallaşması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, eləcə də qlobal iqlim gündəliyinə verdiyi mühüm töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxaş edən Cənab Prezident qeyd etmişdir ki,Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişənin aradan qaldırılması istiqamətində həlledici mərhələ olub. Həmçinin əldə olunan razılaşmadan sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq öhdəliklərini praktik addımlarla həyata keçirməyə başlayıb. Azərbaycanın Ermənistana yanacaq tədarükü və ölkə ərazisindən tranzit daşımaların təmin edilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstək yüksək qiymətləndirilərək buna görə təşəkkür ifadə olunub. Bütün bunlar regionda davamlı sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması istiqamətində atılan mühüm addımların göstəricisidir.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş