
Benilüks Azərbaycanlıları Konqresinin sədri, hörmətli Elsevər Məmmədovun dəstəyi və təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası çərçivəsində şəhid anası Nəzərova Təyyarə Əliabbas qızı yaşadığı evdə ziyarət edilmişdir.
Newscenter-az xəbər verir ki, ziyarətin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin ailələrinə mənəvi dəstək göstərmək, onların qayğıları ilə maraqlanmaq və hər zaman dövlətimizlə yanaşı, cəmiyyətimizin də diqqət və ehtiramını hiss etdirmək olmuşdur.

Səmimi görüş zamanı şəhid anasının səhhəti, gündəlik qayğıları və sosial vəziyyəti ilə maraqlanılmış, onun fikir və arzuları dinlənilmişdir. Eyni zamanda ailəyə müxtəlif növ ərzaq məhsullarından ibarət sovqat təqdim edilmiş, həmçinin maddi yardım göstərilmişdir.
Benilüks Azərbaycanlıları Konqresi şəhid ailələrinin hər zaman yüksək ehtiram və xüsusi qayğıya layiq olduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirdiyi sosial-humanitar layihələri bundan sonra da davam etdirəcəyini bildirir. Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların ailələrinə göstərilən diqqət və qayğı isə hər birimizin mənəvi borcu olaraq qalacaqdır.
Süleyman











































