Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

​Biz nə vaxta qədər şəxsi sərhədlərə hörmət etməyi və məsuliyyətli olmağı öyrənəcəyik?

​Biz nə vaxta qədər şəxsi sərhədlərə hörmət etməyi və məsuliyyətli olmağı öyrənəcəyik?


Təhsil ictimaiyyətinin nümayəndəsi Kəmalə Bayramova arzuedilməz bir situsiya ilə qarşılaşıb.

Newscenter.az-ın[/b] xəbərinə görə, "İrşad Telecom"dan məhsul götürən şəhid yoldaşı şirkətə Kəmalə Bayramovanı bacısı kimi qələmə verib:

"Bu günlərdə ev telefonumuza zəng gəldi. Dəstəyi qaldırdım və öyrəndim ki, zəng "İrşad Telecom"dandır. Adımı, soyadımı dedilər. Məlum oldu ki, Zülfiyyə adında bir xanım kreditlə telefon götürəndə məni öz "bacısı" kimi təqdim edib, ev nömrəmi də əlaqə kimi qeyd edib. Yarım saat axtarışdan sonra xatırladım ki, bu xanım 2019-cu ildə sinfimdə oxuyan şəhid övladlarının anası, Aprel şəhidimizin yoldaşıdır.

​Burada iki böyük bəla var və ikisini də kəskin şəkildə qeyd etmək istəyirəm. Siz malı kreditə verəndə o əlaqə nömrəsini niyə yerindəcə yoxlamırsınız? Niyə zəng edib dəqiqləşdirmirsiniz ki, bu adam ümumiyyətlə o şəxsin bacısıdır, yoxsa yox? Məlumatı kor-koranə qeyd edib, problem yarananda insanları narahat eləmək hansı peşəkarlığa sığır? Mən oranın rəhbərliyinə də kəskin etirazımı bildirdim. Bu sizin birbaşa günahınızdır və mənim evimə bir də belə zəng olunmasın".

Kəmalə Bayramova qeyd edib ki, valideyn müəllimin, tələbə tanışının, adam var şəhid yoldaşı statusundan istifadə edib kiminsə xəbəri olmadan nömrəsini, adını zamin və ya əlaqəçi yazdırdığını tez-tez eşidirk:

"İnsanın hansı statusu daşımasından asılı olmayaraq, başqasının şəxsi məlumatlarını onun xəbəri olmadan bu cür işlərə alət etmək yolverilməzdir. Hiyləylə, yalanla iş görmək, kimisə fakt qarşısında qoymaq hansı mənəviyyata sığır?

​Biz nə vaxta qədər şəxsi sərhədlərə hörmət etməyi və məsuliyyətli olmağı öyrənəcəyik? Kredit verən şirkətlər, özbaşına ad yazdıranlar da ayağını denk alsın. Başqasının adından istifadə etmək ən sonuncu hərəkətdir!".

[b]Süleyman
Xəbəri paylaş