Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buryatiyada azərbaycanlı gənclər “Gənclər narkotiklərə qarşı” adı altında tədbir keçiriblər

Buryatiyada azərbaycanlı gənclər “Gənclər narkotiklərə qarşı” adı altında tədbir keçiriblər


Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasının Selenqa şəhərində “Gənclər narkotiklərə qarşı” adı altında tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, sözügedən şəhərdəki fəal azərbaycanlı gənclər tərəfindən təşkil olunan tədbir burada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin dəstəyi ilə baş tutub. Bu barədə məlumat verən Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Cəmil Hüseynov deyib ki, tədbirə Muxtar Respublikada böyük diqqət və maraq olub:

“Muxtar Respublikanın dövlət qurumları tərəfindən tədbirə böyük diqqət var idi. Muxtar Respublikanın Prezident Adminsitrasiyasından nümyəndələr, gənclər və idman naziri tədbirə qatılmışdı. Eləcə də ətraf vilayətlərdən, Amur, Baykal oblastı, İrkutski və digər yerlərdən tədbirdə nümayəndə heyətləri, idmançılar iştirak edir”.

Cəmil Hüseynov qeyd edib ki, azərbaycanlı idmançı gənclər də tədbr çərçivəsində baş tutan müxtəlif növ idman yarışlarında öz qüvvələrini sınayıblar.

Süleyman
Xəbəri paylaş