
Prezident Cənab İlham Əliyevin 2026-cı il 21 iyul tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanatda səsləndirdiyi “Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir” fikri iki ölkə arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini və qarşılıqlı etimada əsaslandığını göstərir. Bu əməkdaşlıq Azərbaycan ilə Almaniya arasında münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir. Almaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri hesab olunur. Alman şirkətləri uzun illərdir ki, ölkəmizdə sənaye, energetika, nəqliyyat, tikinti, informasiya texnologiyaları, kənd təsərrüfatı və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Bu şirkətlərin iştirakı müasir texnologiyaların tətbiqinə, istehsalın səmərəliliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan əlverişli investisiya mühiti və sabit iqtisadi siyasəti ilə xarici investorlar üçün cəlbedici ölkədir. Almaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti ölkədə formalaşmış etibarlı biznes mühitinin və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir. Bu münasibətlər gələcəkdə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır. İki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız ticarət əlaqələri ilə məhdudlaşmır. Təhsil, peşə hazırlığı, yaşıl enerji, rəqəmsal texnologiyalar və innovasiya sahələrində də əməkdaşlığın inkişafı qarşılıqlı maraq doğurur. Bu istiqamətlər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və davamlı inkişaf strategiyasına mühüm töhfə verir.
Sara Hüseynova
YAP Yevlax rayon təşkilatının fəalı











































