Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Almaniya: dostluq və sülh prinsipləri

Azərbaycan-Almaniya: dostluq və sülh prinsipləri


2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Səfər çərçivəsində Berlində keçirilən yüksək səviyyəli görüşlər, aparılan səmərəli fikir mübadiləsi və əldə olunan razılaşmalar Azərbaycan ilə Almaniya arasında siyasi dialoqun və iqtisadi tərəfdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu bir daha təsdiqlədi.
Səfər çərçivəsində Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyev bəyanatla çıxış etmiş və bildirmişdir ki, nəqliyyat və logistika sahəsində Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafı qarşılıqlı maraqlara əsaslanır. Dövlətimizin başçısı vurğulamışdır ki, son illərdə ölkəmizdə həyata keçirilən müasir yol, dəmir yolu, hava limanları və liman infrastrukturu layihələri Azərbaycanın beynəlxalq yükdaşımalarında mühüm mövqeyə yüksəlməsini təmin edib.
Vurğulamaq istərdim ki ölkə rəhbərinin həyata keçirdiyi ardıcıl və milli maraqlara söykənən xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir. Ölkəmizin təşəbbüskarı olduğu əməkdaşlıq layihələri və qurduğu etibarlı tərəfdaşlıq münasibətləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə nüfuzunun davamlı şəkildə artmasına mühüm töhfə verir.
Günay Nəsrəddinova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş